AZ

Bir sıra şəxslərin saxta orden və medallarla təltif edilməsi barədə informasiyalar yayılır – BİRGƏ MƏLUMAT

Bir sıra Qeyri Hökümət Təşkilatlarının (QHT) qanunla qadağan olunan fəaliyyətə yol verərək, ayrı-ayrı şəxsləri saxta orden və medallarla təltif etməsi barədə informasiyalar yayılır.

Musavat.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaydığı birgə məlumatda bildirlib.

Məlumatda qeyd olunub ki, qanunla orden və medal vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir:

"Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən "orden" və ya "medal" ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz. Bildiririk ki, bəzi QHT-lərin orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır, əhalinin aldadılmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır".

Seçilən
9
49
musavat.com

10Mənbələr