AZ

Müəllimlər üçün vahid forma nəzərdə tutulmur - Nazir

Hazırda müəllimlər üçün vahid məktəbli forması tətbiq olunması gündəmdə deyil. Bunu Elm və təhsil naziri Emin Əmrullayev bildirib. 

 Onun sözlərinə görə, bu istiqamətdə müəyyən tövsiyələr mövcuddur, lakin yaxın gələcəkdə müəllimlərin xüsusi geyim formasında fəaliyyət göstərməsi planlaşdırılmır.

“Müəllimlərin geyimi ilə bağlı bəzi tövsiyələr verilsə də, hazırda bu məsələ ilə bağlı konkret qərar yoxdur. Yaxın perspektivdə müəllimlərin formada olması ilə bağlı fikir mövcud deyil”, –  nazir qeyd edib.

Gülnar Nazimqızı

Seçilən
32
1
anews.az

2Mənbələr