Cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsilverənin əməkhaqqısına əlavələr ediləcək.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, 2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllim iştirak edib:
"2025-ci ilin sentyabr ayı üzrə müəllimlərin orta aylıq əməkhaqqısı 965 manat təşkil edib. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfəyə qədər artıb".
Tarix: 11 Sentyabr 2025, 11:35