Azad edilmiş ərazilərdə 7 bağçada 243 uşaq təhsilə cəlb olunub.
Musavat.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqində məlumat verib.
Nazirin sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 7 məktəbəqədər təhsil müəssisəsində 243 uşaq tədrisə cəlb edilib.
Emin Əmrullayev əlavə edib ki, yaxın müddətdə həmin ərazilərdə daha 6 məktəbəqədər təhsil müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.
Şahanə Rəhimli,
Musavat.com