Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak ödənişli olacaq. Lakin müəyyən şəxslər bu ödənişdən azad ediləcək.
"Cebheinfo.az" xəbər verir ki, məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Təklif edilən dəyişikliklərə əsasən, ilk dəfə imtahanda iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alan ailələrin üzvləri, şəhid ailəsi üzvləri, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və “Müharibə veteranı” adı almış şəxslər ödənişdən azad olunacaqlar.
"Cebheinfo.az"