AZ

Bu müəllimlərin maaşına əlavələr ediləcək

“2022-2025-ci illər üzrə təşkil olunan imtahanlarda sertifikatlaşdırma üzrə 80 mindən çox müəllim iştirak edib. 2026-cı ilin iyun ayından bütün fənlər üzrə sertifikatlaşdırmanın birinci dövriyyəsini bitirmiş olacağıq”.Metbuat.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib. Nazir əlavə edib ki, cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsilverənin əməkhaqqına əlavələr ediləcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
75
metbuat.az

1Mənbələr