AZ

Erlinq Holannın rekordu

Norveç millisinin hücumçusu Erlinq Holann XXI əsrin rekorduna imza atıb. 25 yaşlı futbolçu buna komandasının DÇ-2026-nın seçmə mərhələsinin oyununda Moldovaya qalib gəldikləri (11:1) görüşdə vurduğu 5 qolla nail olub.

Penta-trik edən forvard adını tarixə yazdırıb. Holann bu əsrdə Dünya çempionatlarının seçmə mərhələsində bir qarşılaşmada 5 qol vuran ilk oyunçu olub. Bu həm də 1977-ci ildən sonra belə görüşlərdə ilk penta-trikdir. Həmin vaxt Hans Krankl Malta ilə matçda rəqib qapısına 5 dəfə yol tapıb.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
20
1
xalqqazeti.az

2Mənbələr