AZ

Peşə məktəblərinə tələbə qəbulu başladı

11 sentyabr tarixindən etibarən 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun III-sonuncu mərhələsinə start verilir.

Bu barədə Demokrat.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bu mərhələdə ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər müraciət edə bilərlər. Daha öncə hər hansı peşə təhsil müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə ixtisas dəyişilməsi məqsədilə müraciət edə bilməzlər.

11 sentyabr tarixindən etibarən müraciətçilər elektron qaydada portal.edu.az saytına daxil olmaqla açıq olan vakant yerlərə müraciətlərini göndərə biləcəklər. Boş qalan yerlərə sənəd qəbulu 12 sentyabr saat 18:00-dək davam edəcək.

Portal.edu.az saytı vasitəsilə müraciət aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir:

Şəxsi kabinetinə daxil olunur.
“Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir.
“Müraciət et” bölməsinə daxil olunur.
Şəxsi məlumatlar daxil edilir.
Əvvəlki təhsil məlumatları daxil edilir
Ekranda görünən vakant yerlərdən biri seçilib müraciət edilir.
Təsdiq aldığı təqdirdə, sənədlər peşə təhsil müəssisəsinə təqdim edilməlidir.

Seçilən
56
17
demokrat.az

10Mənbələr