AZ

Azərbaycanda qaz və neft borularının operatorlarının gəlirləri açıqlanıb

Azərbaycanda təbii qazın borularla nəql edən operatorların 2025-ci ilin ilk yarısı üzrə gəlirləri açıqlanıb.

Banker.az xəbər verir ki, şirkətlər hesabat dövründə qaz nəqlindən 1 milyard 359.16 milyon manatlıq təbii qaz nəql ediblər. Bu isə 2024-cü ilin ilk yarısı üzrə 1 mlrd. 359.81 mln. manat ilə müqayisədə demək olar ki, dəyişməz qalıb.

Təbii qazın nəqlinin həcmi keçən illə müqayisədə bu il aşağı düşüb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ilk yarımildə ölkə ərazisində ümumilikdə 20.26 mlrd. kub-m təbii qaz nəql edilib. Ümumi qaz nəqlinin həcmi öncəki ildən 1.4 faiz azdır.

Cənubi Qafqaz Boru Kəməri ilə isə nəqlin həcmi illik 1.6% azalmaqla 11.24 mlrd. kub-m-ə düşüb.

Neft kəmərlərinin operatorları 2025-ci ilin ilk 6 ayında ümumilikdə 523.48 mln. manat gəlir əldə etməklə öncəki ildən 2.7% zəif olub.

Ümumi neft kəməri ilə nəqlin həcmi illik 3.8% azalaraq 18.51 mln. tona düşüb. Əsas qaz nəql edən Bakıı-Tbilisi-Ceyhan neft boru kəmərinin nəql gücü 3.8% azalaraq 13.92 mln. tona enib.

Seçilən
78
banker.az

1Mənbələr