AZ

Bakıda 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının növbəti günü öz işinə başladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) ikinci günü start götürüb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) dəstəyi ilə təşkil edilən sərginin ikinci günündə də kifayət qədər canlılıq hiss olunur. Bu da təsadüfi deyil.
Belə ki, tədbirin ilk günündə "Su təmizlənməsi üçün kompleks həllər" və "Su təchizatı və tullantı sularının obyektlərinin kompleks mühəndisliyi vasitəsilə zəmanətli nəticələrin əldə edilməsi" adlı təqdimatlar və s. müzakirə olunurdusa, bu gün 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı baş tutacaq.
Konfransda 10-a yaxın ölkədən 40 məruzəçi çıxış edəcək, "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" mövzusunda plenar sessiya, "Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma", "Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar", "Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq", "Su ehtiyatlarının davamlılığı: elm və innovasiyanın rolu" adlı panel müzakirələri keçiriləcəkdir. Həmçinin dövlət və özəl sektoru təmsil edən qurum və şirkətlər arasında anlaşma memorandumları da imzalanacaq.
Ümumilikdə, sərgidə Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndə heyətləri iştirak edir.
Məhərrəm Əliyev
Seçilən
40
1
oxu.az

10Mənbələr