AZ

Bakıda II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının sonuncu günü start götürüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) sonuncu günü start götürüb.
Oxu.Az xəbər verir ki, Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil olunmuş sərginin sonuncu gününün olmasına rəğmən, tədbirdə canlanma müşahidə olunur.
Bu gün 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı çərçivəsində Xəzər Su İnnovasiyaları Forumunun keçiriləcəyi gözlənilir. Forumda dövlət strukturlarının nümayəndələri, o cümlədən Dövlət Su Ehtiyatları Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi, həmçinin 10-dan çox ölkədən beynəlxalq şirkətlər, ölkənin aparıcı elmi və təhsil qurumlarının nümayəndələri iştirak edirlər.
"Baku Water Week"in keçirildiyi üç gün ərzində Bakı Ekspo Mərkəzinin foyesində Azad Qarabağın ilk su anbarı olan "Zabuxçay" su anbarının, həmçinin "Şiber" su çarxının maketləri nümayiş etdirilir. Bundan əlavə, 1 nömrəli pavilyonda "Ümid var" İnklüziv Yaradıcılıq Birliyinin üzvlərinin "Baku Water Week 2025" xüsusi rəssamların gözü ilə" adlı rəsm əsərləri təqdim olunur.
Ümumilikdə sərgidə Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çex Respublikası, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndə heyətləri iştirak edir.
Məhərrəm Əliyev
Seçilən
13
1
oxu.az

10Mənbələr