AZ

“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb

ain.az bildirir, Reyting.az portalına istinadən.

Türkiyənin “Habertürk” və “Show TV” kanalları dövlət nəzarətinə götürülüb.İstanbulun Küçükçekməcə Prokurorluğu Türkiyənin “Can” Holdinqində əməliyyat keçirib, 10 nəfərin saxlanılması barədə qərar verilib.Reyting.az-ın məlumatına görə, “Habertürk” və “Show TV” də daxil olmaqla Holdinqə aid 121 şirkət dövlət nəzarətinə götürülüb.Saxlanılanlar “cinayətkar dəstə yaratmaq”da, “qaçaqmalçılıq”da, “dələduzluq”da və “çirkli pulların yuyulması”nda ittiham olunurlar.(APA)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
8
reyting.az

9Mənbələr