AZ

Netanyahu Qətərə hücuma görə alqış tələb edir

Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Dohaya endirdiyi zərbəni ABŞ-ın Əfqanıstandakı kampaniyası ilə müqayisə edib. O, Qətərdəki HƏMAS nümayəndələrinə qarşı hücumu sadəcə fələstinlilərə qarşı cavab tədbirlərinin davamı adlandırıb. “İndi dünyanın müxtəlif ölkələri İsraili qınayır. Onlar buna görə utanmalıdırlar. ABŞ Usama bin Ladeni məhv edəndə həmin dövlətlər nə etdi? Dedilərmi ki, «vay, Əfqanıstana və ya Pakistana dəhşətli bir şey etdilər»? Xeyr, onlar alqışladılar. İsrail də eyni prinsiplərə sadiq qalır və onları həyata keçirir. Buna görə İsraili alqışlamalıdırlar”, – deyə Netanyahu bildirib.Ulusum.az

Diqqət Çəkənlər

Qışa tərəvəzli ragu hazırlayırıq

ABŞ-da “dollar dövrünün sonu” müzakirə olunur

İlqar Nadiri vəzifəsindən ayrıldı

Seçilən
25
ulusum.az

1Mənbələr