1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Meksikanın paytaxtı Mexikonun şərqində qazdaşıyan avtosisternin partlaması nəticəsində üç nəfər ölüb, 70 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "El Pais" nəşri məlumat yayıb.
Mexiko meri Klara Bruqadanın sözlərinə görə, 19 nəfər ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri alıb və vəziyyətləri ağırdır.
İkin məlumata görə, avtosisterndə 49 min litrdən çox mayeləşdirilmiş qaz olub. Qeyd olunur ki, maşın əvvəl aşıb, daha sonra zərbə nəticəsində qaz sızması, partlayış və yanğın baş verib. Yanğın nəticəsində yaxınlıqda olan 28-dən çox avtomobilə və motosikletə ziyan dəyib.