AZ

Universitetdə vurulan fəal öldü: Tramp təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp fəal Çarli Kirkin sui-qəsd nəticəsində öldüyünü təsdiqləyib.

“Cebheinfo.az” xəbər verir ki, “Böyük və hətta əfsanəvi Çarli Kirk öldü”, - deyə Tramp “Truth” sosial şəbəkəsində yazıb.

Mühafizəkar siyasətçi və fəal Çarli Kirk Utah Valley Universitetində keçirilən kütləvi tədbirdə boyun nahiyəsindən güllə ilə vurulmuşdu. Universitet hücumda şübhəli bilinən şəxsin hələ də həbs olunmadığını bildirib.

Kirkin də verilişinin yayımlandığı “Real America Voice”-un “Xəbərlər” proqramı da daha əvvəl Kirkin öldüyünü bildirmişdi.

Xəzər

“Cebheinfo.az”

Seçilən
28
cebheinfo.az

1Mənbələr