AZ

Conson: Kirkin qətlindən sonra ABŞ qanunvericiləri təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edirlər

ABŞ-nin bir çox qanunvericisi siyasi fəal Çarli Kirkin qətlə yetirilməsindən sonra öz təhlükəsizliklərinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülməsini istəyiblər.

“İki sahil” xəbər verir ki, bu barədə Konqresin Nümayəndələr Palatasının spikeri Mayk Conson CNN telekanalına müsahibəsində bildirib.

"Deputatların çoxu narahatdır. Onlar ictimai fiqurlardır, daim göz önündədirlər. Konqres üzvlərinin təhlükəsizliyini təmin etmək üçün əla tədbirlərimiz var, lakin bir çoxları onların daha da gücləndirilməsini istəyir", – deyə Conson vurğulayıb.

O bildirib ki, qanunvericilərdən daxil olan müraciətləri araşdırır və əlavə edib: "Ciddi dövrlər ciddi tədbirlər tələb edir".

Seçilən
32
ikisahil.az

1Mənbələr