AZ

Çarli Kirk sui-qəsd nəticəsində öldürüldü

Amerikalı siyasi fəal, prezident Donald Trampın yaxın tərəfdarı Çarli Kirk Yuta ştatında çıxışı zamanı sui-qəsd nəticəsində öldürülüb.

Far.Az xəbər verir ki, hadisə sentyabrın 10-da Yuta Universitetində "Turning Point USA" təşkilatının tədbiri zamanı baş verib.

Silahlı şəxs qəfil atəş açıb və Kirk boğaz nahiyəsindən yaralanıb. Kirk ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək onu "əfsanəvi şəxsiyyət" adlandırıb. Tramp Kirkin ölümünü ötən il Pensilvaniyada ona qarşı törədilmiş sui-qəsd cəhdi ilə əlaqələndirib və siyasi zorakılığa qarşı mübarizənin gücləndiriləcəyini bildirib:

"Mənim administrasiyam bu və digər siyasi zorakılıqlarda əli olan hər bir şəxsi, o cümlədən bu əməlləri maliyyələşdirən və dəstəkləyən təşkilatları, eləcə də ölkəmizdə nizam-intizamı təmin edən hakimlərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və digər şəxslərə qarşı çıxanları tapacaq".

Qeyd edək ki, hadisə ABŞ ictimaiyyətini dərin kədərə qərq edib. Respublikaçı siyasətçilər və ictimai xadimlər də Kirkin ailəsinə başsağlığı verib, zorakılığın ölkənin siyasi həyatına vurduğu ziyanı qeyd ediblər.

Seçilən
39
1
far.az

2Mənbələr