AZ

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Bakıda hazırda bəzi yollarda nəqliyyatın sıxlığı müşahidə olunur.

Operativ Media xəbər verir ki, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət: 

 1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

 7. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Seçilən
19
49
operativmedia.az

10Mənbələr