AZ

ABŞ Avropanın enerji bazarında Rusiyanı əvəzləmək niyyətindədir

Birləşmiş Ştatlar Avropaya Rusiya qazının tədarükünü əvəz etməyi, həmçinin qitəyə neft ixracını artırmağı və nüvə reaktorları inşa etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə ABŞ energetika naziri Kris Rayt "CNBC" telekanalına müsahibəsində bildirib.

“Avropada ABŞ-ın Rusiya qazını tam əvəz etməsinə ciddi tələbat var. Biz mayeləşdirilmiş təbii qazın (LNG) ixracını artıracağıq, həmçinin neft və neft məhsullarının ixracını da genişləndirəcəyik. Nəhayət, Avropaya nüvə texnologiyaları və yeni nüvə reaktorları gətirəcəyik”, – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Avropa 2026-cı ilin sonuna qədər Rusiya qazı alışını tam dayandırmağı hədəfləyir.

“1 yanvar 2027-ci ildən etibarən Avropaya Rusiya qazı daxil olmayacaq”, – Rayt əlavə edib.

Seçilən
38
2
apa.az

3Mənbələr