AZ

Məşhur marka Azərbaycandakı mağazalarını bağlayır?

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin "DeFacto" markasına məxsus mağazaların bağlandığı iddia edilir.

Publika.az xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq şəbəkənin bir neçə filialı boşaldılır. Məhsullar outlet mağazada bu gündən satışa çıxarılıb.

Qeyd olunur ki, hələ bir müddət öncə, şirkətin əməkdaşlarına ixtisar olunacaqları ilə bağlı məlumat da verilib. İddialara görə, mağaza artıq Azərbaycanda onlayn çatdırılma ilə işləmək istəyir.

Məlumat üçün bildirək ki, internet resurslarında "DeFacto"nun Azərbaycandakı rəsmi distribyutoru kimi "BrandMart QSC" göstərilib. "Defacto"nun Azərbaycanda 4 mağazası fəaliyyət göstərir.

Seçilən
37
27
publika.az

10Mənbələr