AZ

Çarli Kirkin qətlindən sonra polis Ağ Evin qarşısında növbə çəkir

BAKI, 11 sentyabr. TELEQRAF

Amerikalı siyasi fəal Çarli Kirkin qətlindən sonra Ağ Evin qarşısında bir neçə polis avtomobili növbə çəkir.

Teleqraf xəbər verir ki, Ağ Evin ətrafındakı hasarın yanında Pensilvaniya prospektinin piyada hissəsi ziyarət üçün açıqdır.

Burada onlarla şəxs gəzişir. Vəziyyət sakitdir. Vaşinqtonun mərkəzindəki böyük küçələr bağlanmayıb, avtomobil və piyadaların hərəkəti məhdudlaşdırılmayıb.

Qeyd edək ki, Kirkin öldürülməsi ilə bağlı ABŞ-da bayraqlar yarıya qədər endirilib.

Seçilən
56
teleqraf.com

1Mənbələr