AZ

Şeydayev “Qarabağ”a qayıtdı

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Qarabağ”da sürpriz transfer gerçəkləşib.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ramil Şeydayevlə razılığa gəlib.

“Neftçi” ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran hücumçu 2 illik fasilədən sonra yenidən “köhlən atlar”ın heyətinə qayıdıb.

29 yaşlı futbolçu daha əvvəl 2017-2018 və 2021-2023-cü illərdə “Qarabağ”da forma geyinib.

Şeydayev peşəkar karyerası ərzində “Zenit” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Jilina” (Slovakiya), “Krılya Sovetov” (Rusiya), “Dinamo” (Moskva, Rusiya) və “Buriram Yunayted”də (Tayland) çıxış edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
12
qafqazinfo.az

10Mənbələr