AZ

BMT Baş katibi: Biz Rusiya dronlarının Polşaya girməsini böyük narahatlıqla izləyirik

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Biz Rusiya dronlarının Polşaya girməsini böyük narahatlıqla izləyirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Onunn  bu sözlərini Baş katibin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında səsləndiirb.

Sözçü bildirib ki, Baş katib Rusiya PUA-larının Polşanın hava məkanını pozaraq bir gecədə Polşaya daxil olması və yaşayış məntəqələrinə ziyan vurması ilə bağlı xəbərləri böyük narahatlıqla izləyib: "Cənab Baş katib bu hadisəni qətiyətlə pisləyib. Ukraynada tam, dərhal və qeyd-şərtsiz atəşkəsə, eləcə də ədalətli, hərtərəfli və daimi sülhə təcili ehtiyac var".

Zülfiyyə Mustafayeva

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
mia.az

2Mənbələr