AZ

Tuskun həyat yoldaşının avtomobili oğurlandı

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Polşanın Baş naziri Donald Tuskun həyat yoldaşına məxsus şəxsi "Leksus" markalı avtomobil Sopotda oğurlanıb.

Axar.az xəbər verir ki, bu barədə TVN24 telekanalına Polşa polisindən bildirilib.

"Biz sorğu aldıq, Qdanskdakı Voyevodalıq Polis İdarəsinin əməkdaşları bu hadisə üzərində işləyirlər", - Polşa Polis Baş İdarəsi TVN24 kanalına bildirib.

Qeyd olunur ki, Tuskun Sopotda evi xüsusi mühafizə altındadır. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
50
axar.az

10Mənbələr