AZ

Mark Rutte: Polşanın hava məkanının pozulması tək hadisə deyil  

NATO müttəfiqləri Vaşinqton Müqaviləsinin 4-cü maddəsinə əsasən bu ölkənin müraciətinin bir hissəsi kimi Rusiya dronları tərəfindən Polşanın hava məkanını pozmasını araşdırıb. Bunu Şimali Atlantika Şurasının iclasının yekunları üzrə NATO-nun baş katibi Mark Rutte deyib.

O qeyd edib ki, Polşa hava məkanında Rusiya pilotsuz təyyarələrinin vurulmasında Polşa, İtaliya, Almaniya və Niderlanddan olan texnika iştirak edib.

"Müttəfiqlər Polşa ilə həmrəy olduqlarını bildirib və Rusiyanın ehtiyatsız davranışını pisləyiblər", - baş katib bildirib.

Ruttenin sözlərinə görə, dron insidentinin tam qiymətləndirilməsi davam edir:

"Aydındır ki, dünənki pozuntu tək bir hadisə deyildi. Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı bütün şərq cinahımız boyunca bizim çəkindirmə və müdafiə duruşumuzu fəal şəkildə idarə etməyə davam edəcək".

Rutte həmçinin bildirib ki, Polşada baş verən insident müttəfiqlərin çəkindirici təsirini gücləndirmək üçün müdafiəyə sərmayələrini artırmaq zərurətini nümayiş etdirir və müttəfiqlərin Rusiyanın “məhv kampaniyası” qarşısında Ukraynaya dəstəyini gücləndirmək əzmini təsdiqləyir. “Müttəfiqlərin hava məkanını pozmağı dayandırın və bilin ki, biz hazırıq, ayıq-sayıqıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”, o əlavə edib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr