AZ

“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib

Energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brendan Hanrahan arasında görüş olub.

FED.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton görüşünün ikitərəfli və regional münasibətlərin, eləcə də enerji əməkdaşlığının yeni mərhələyə yüksəlməsini təmin edən strateji əhəmiyyətindən bəhs edilib. Bu xüsusda enerji sahəsində sərmayələrin və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi kimi əməkdaşlıq prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasından irəli gələn məsələlər nəzərdən keçirilib.

Azərbaycanın strateji əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin reallaşmasında ABŞ-nin mühüm rolu vurğulanıb və ölkəmizin Avropaya enerji təchizatının davamlılığında Birləşmiş Ştatlarla əməkdaşlığın vacibliyi qeyd edilib.

Ölkəmizin neft-qaz sektorunda uzunmüddətli tərəfdaşı “ExxonMobil” şirkəti ilə əməkdaşlığın quruda yeni layihələrlə genişləndirilməsi, həmçinin “SOCAR Trading” vasitəsilə ABŞ-yə mayeləşdirilmiş qaz (LNG), xam neft və neft məhsullarının ticarəti sahələrində əməkdaşlığıncari vəziyyəti və perspektivlər nəzərdən keçirilib. Karbohidrogen və bərpa olunan enerji sahələri, xüsusilə Azərbaycanla Türkiyə və Avropanı Naxçıvan, Ermənistan, Qara dəniz və Gürcüstan üzərindən əlaqələndirəcək, Xəzər dənizi vasitəsilə Azərbaycan-Mərkəzi Asiya enerji bağlantılarını təmin edəcək “yaşıl enerji dəhliz”ləri layihələri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. ABŞ şirkətləri və investorları potensial layihələrdə iştiraka dəvət edilib.

Seçilən
15
11
fed.az

10Mənbələr