AZ

Azərbaycan-ABŞ enerji əməkdaşlığında yeni mərhələnin prioritetləri müzakirə olunub

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət DepartamentininAvropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisiBrendan Hanrahan arasında görüş olub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdəAzərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramparasında avqustun 8-də keçirilmiş Vaşinqton görüşünün ikitərəfli vəregional münasibətlərin, eləcə də enerji əməkdaşlığının yenimərhələyə yüksəlməsini təmin edən strateji əhəmiyyətindən bəhsedilib. Bu xüsusda enerji sahəsində sərmayələrin və regionalbağlantılar üzrə infrastrukturun genişləndirilməsi kimi əməkdaşlıqprioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycanla ABŞ arasındaStrateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Stratejiİşçi Qrupunun yaradılmasından irəli gələn məsələlər nəzərdənkeçirilib.

Azərbaycanın strateji əhəmiyyətli enerji təhlükəsizliyilayihələrinin reallaşmasında ABŞ-nin mühüm rolu vurğulanıb vəölkəmizin Avropaya enerji təchizatının davamlılığında BirləşmişŞtatlarla əməkdaşlığın vacibliyi qeyd edilib. Ölkəmizin neft-qazsektorunda uzunmüddətli tərəfdaşı “ExxonMobil” şirkəti iləəməkdaşlığın quruda yeni layihələrlə genişləndirilməsi, həmçinin“SOCAR Trading” vasitəsilə ABŞ-yə mayeləşdirilmiş qaz (LNG), xamneft və neft məhsullarının ticarəti sahələrində əməkdaşlığın carivəziyyəti və perspektivlər nəzərdən keçirilib. Karbohidrogen vəbərpa olunan enerji sahələri, xüsusilə Azərbaycanla Türkiyə vəAvropanı Naxçıvan, Ermənistan, Qara dəniz və Gürcüstan üzərindənəlaqələndirəcək, Xəzər dənizi vasitəsilə Azərbaycan-Mərkəzi Asiyaenerji bağlantılarını təmin edəcək “yaşıl enerji dəhliz”lərilayihələri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. ABŞşirkətləri və investorları potensial layihələrdə iştiraka dəvətedilib.

Seçilən
19
11
az.trend.az

10Mənbələr