AZ

Nepalın paytaxtında komendant saatı tətbiq olunub

Nepalın paytaxtı Katmanduda iki gün davam edən korrupsiyaya qarşı etirazlardan sonra komendant saatı tətbiq olunub.

APA “Reuters”ə istinadən xəbər verir ki, hazırda iki gün davam edən qanlı etirazlardan sonra əsgərlər ölkə parlamentini qoruyur, paytaxt küçələrində patrul xidmətini davam etdirir.

Qeyd edək ki, yoxsul Himalay ölkəsində zorakılıqla müşayət olunan küçə etirazları ötən həftə elan edilmiş sosial media qadağasından sonra başlamışdı. İki gün davam edən və qan tökülməsi ilə nəticələnən etirazlardan sonra Baş nazir Şarma Olini istefa verib.

Sosial mediaya qoyulan qadağa polisin izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməsi nəticəsində 25 nəfərin həlak olmasından sonra ləğv edilib.

Seçilən
9
3
apa.az

6Mənbələr