AZ

Bakıda yük maşını avtomobilləri əzdi: sürücü saxlanıldı

Bakıda yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçan yük avtomobilin sürücüsü məsuliyyətə cəlb edilib.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat verib.

O bildirib ki, sosial şəbəkələrə yayılan görüntü araşdırılıb:

"Sentyabrın 9-da Binəqədi rayonu DSK yolu adlanan ərazidə "İsuzu" markalı, 77 GR 125 qeydiyyat nişanlı avtomobilin sürücüsü yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınıb. Qəza zamanı 2 avtomobilə maddi ziyan dəyib. Sürücü barəsində qanunamüvafiq tədbir görülüb".

Seçilən
0
2
sitat.info

4Mənbələr