AZ

Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar 0,2% azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 11374,5 milyon manat məbləğində investisiya yönəldilib.

APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2% azdır.

8 ayda neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,0 faiz artıb. İstifadə olunmuş investisiyanın 5800,2 milyon manatı və ya 51,0 faizi məhsul istehsalı sahələrinə, 3819,9 milyon manatı (33,6 faizi) xidmət sahələrinə, 1754,4 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 8752,8 milyon manatını və ya 77,0 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 8985,9 milyon manatı və ya 79,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf oluub.

Seçilən
53
4
apa.az

6Mənbələr