AZ

Uşağın ağız qoxusu daxili xəstəlikdən ola bilər - Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Bakı. Trend:

Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” hesabında canlı yayımdaçıxış edən Azərbaycan Tibb Universiteti Tədris StomatolojiKlinikasının həkim-stomatoloqu Güney Həsənova uşaqlarda ağızqoxusunun (halitoz) səbəblərini və onunla necə məşğul olmağı izahedib.

Trendxəbər verir ki, onun sözlərinə görə, pis ağız gigiyenası, karies,diş əti iltihabı, tüpürcəyin miqdarının azalması (quru ağız)halitoza səbəb olur:

“Həmçinin, uşaqlarda qastrit, tonzillit (angina) kimi xronikixəstəliklər ağızdan qoxunun gəlməsinə səbəb ola bilər. Sarımsaq,soğan və bəzi ədviyyatların çox qəbulu halitoza səbəb olur. Əgəruşaq ortodontik aparat istifadə edirsə, onların yaxşıtəmizlənməməsi də halitoz yaradır”.
Stomatoloq bildirib ki, ilkin olaraq valideyn uşağın dişləriningündə 2 dəfə fırçalamasına və dilinin də təmizləməsinə nəzarətetməlidir:

“Bundan əlavə, pəhrizə də diqqət edilməli, şirin, turş vəədviyyatlı qidaları nəzarətdə saxlamalıdır. Əgər qoxu keçmirsə, buzaman mütləq diş həkiminə müraciət etməlidir. Diş həkimi əvvəlcəgigiyenik təmizləmə və kariyes müalicəsi aparacaq. Əgər problemdavam edərsə, qan analizləri, mədə və boğazın müayinəsi üçünmütəxəssisə yönləndirəcək”.

G.Həsənova sonda qeyd edib ki, pis qoxu çox zaman sadə səbəblərəbağlı olur və asanlıqla aradan qalxır: “Əsas odur ki, valideynlərdiqqətli olsun və erkən müdaxilə etsinlər”.

Məqalədə:
Seçilən
38
6
az.trend.az

7Mənbələr