AZ

U-19 Moldovada yoxlama oyunları keçirəcək

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) sentyabrın 14-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, millimiz Bakıdakı hazırlıq prosesinin ardından Moldovanın paytaxtı Kişinyovda da təlim-məşq toplanışı keçəcək. U-19 yığmamızın Kişinyov toplanışı çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirməsi nəzərdə tutulub. Həmin oyunların təqvimi belədir:

16 sentyabr
17:00. Moldova – Azərbaycan
Kişinyov. CPSM stadionu.

18 sentyabr
17:00. Moldova – Azərbaycan
Kişinyov. CPSM stadionu.

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Milliyə dəvət olunmuş futbolçuların siyahısı da məlumdur:

  1. Nərgiz Ağaliyeva – Şəfa
  2. Firuzə Bayramova – Dirçəliş
  3. Vahidə Əlipaşayeva – Vera (Gürcüstan)
  4. Mədinə Curuqova – Neftçi
  5. Arzu Cəfərova – Şəfa
  6. Mədinə Qədiməliyeva – Sumqayıt
  7. Səma Əsədova – Sabah
  8. Yelizaveta Vaysman – Şəfa
  9. Ülviyyə İslamova – Baku Juniors
  10. Pərişan Abdullayeva – Liman
  11. Xanım Əsədova – Neftçi
  12. Aygün Novruzova – Sabah
  13. Aysu Əsədova – Sabah
  14. Ayan Abdiyeva – Liman
  15. Aysel Cumayeva – Liman
  16. Məsumə Nəzərli – Neftçi
  17. Ayşən Salamzadə – Neftçi
  18. Arzu Ağaliyeva – Şəfa
  19. Şahnazə Rüstəmli – Təhsil
  20. Fidan Əsədzadə – Təhsil
  21. Gülnaz Şabanova – Şəfa
  22. Günay Sultanlı – Sabah
  23. Natella Məmmədova – Şəfa
error: Məzmun qorunur!
Seçilən
19
5
arena.az

10Mənbələr