AZ

Bu ilin 8 ayında 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 10 sentyabr, AZƏRTAC

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında 42 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,8 faiz artıb.

Sənaye məhsulunun 61,2 faizi mədənçıxarma sektorunda, 32,3 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 2,8 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 85,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 29 faiz, qida məhsullarının istehsalı 10,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,4 faiz, tütün məmulatlarının istehsalı 8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,1 faiz, maşın və avadanlıqların istehsalı 0,7 faiz artıb, neft məhsullarının istehsalı 0,1 faiz, içkilərin istehsalı 0,4 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, mebel istehsalı 7,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,3 faiz, hazır metal məmulatlarının istehsalı 12,7 faiz, elektrik avadanlıqlarının istehsalı 13,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14 faiz, geyim istehsalı 20,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 22,1 faiz, poliqrafiya məhsullarının istehsalı 23,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,8 faiz, kağız və karton istehsalı 26,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 29,1 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,4 faiz artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
8
azertag.az

10Mənbələr