XQ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında 42,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artmışdır.
Sənaye məhsulunun 61,2 faizi mədənçıxarma sektorunda, 32,3 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 2,8 faiz artmışdır.
XQ