Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaş bildirib ki, dronlarla bağlı xəbərlər fonunda onu Polşa Xarici İşlər Nazirliyinə çağırıblar.
Ölkə.az bu barədə Rusiya KİV-ə istinadla xəbər verir.
"Bu gün saat 12:00-da məni Xarici İşlər Nazirliyinə dəvət etdilər”, - deyə Ordaş bildirib.
Bundan əvvəl o, bildirib ki, Polşa ölkə ərazisi üzərində vurulan pilotsuz təyyarələrin Rusiya mənşəli olmasına dair heç bir sübut təqdim etməyib.
Həmidə İbrahimova