AZ

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb

Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaş bildirib ki, dronlarla bağlı xəbərlər fonunda onu Polşa Xarici İşlər Nazirliyinə çağırıblar.

Ölkə.az bu barədə Rusiya KİV-ə istinadla xəbər verir.

"Bu gün saat 12:00-da məni Xarici İşlər Nazirliyinə dəvət etdilər”, - deyə Ordaş bildirib.

Bundan əvvəl o, bildirib ki, Polşa ölkə ərazisi üzərində vurulan pilotsuz təyyarələrin Rusiya mənşəli olmasına dair heç bir sübut təqdim etməyib.

Həmidə İbrahimova

Seçilən
8
olke.az

1Mənbələr