AZ

Vüsal Şıxəliyev: "İxrac potensialının artırılmasında yeni laboratoriyalar mühüm rol oynayacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ölkəmizdə metroloji infrastrukturun inkişafı kontekstində yeni laboratoriyanın açılması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasına tam uyğun gəlir".
Oxu.Az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev deyib.
O bildirib ki, bu, Prezident tərəfindən təsdiq edilmiş 2022-26-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulmuş tədbirlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir:
"Mən fürsətdən istifadə edərək, yeni laboratoriyanın açılmasının həm ölkə iqtisadiyyatına, həm də biznes mühitinə təsiri ilə bağlı bir neçə məqamı qeyd etmək istərdim.
İlk növbədə, rəqabətli məhsulların istehsalı üçün əlverişli infrastrukturun formalaşması və ixrac potensialının artırılması baxımından, bu laboratoriya mühüm rol oynayacaq. Eyni zamanda, burada yaradılan şərait ölkəmizdə elmi tədqiqatların aparılması üçün geniş imkanlar açır. Heç də təsadüfi deyil ki, bugünkü tədbirdə aparıcı təhsil müəssisələrinin rəhbərlərinin iştirakı təmin olunub. Bu da elm və praktiki nəticələrin bir mühitdə birləşdirilməsi üçün çox mühüm platforma yaradır. Digər tərəfdən, bu addım kadr potensialının inkişafı və gənc mütəxəssislərin nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirməsi baxımından da böyük əhəmiyyət daşıyır. Buna görə xüsusi təşəkkürümü bildirirəm ki, belə imkanlar yaradılıb".
V.Sıxəliyev qeyd edib ki, biznes mühitinə təsiri baxımından isə bu təşəbbüs yeni imkanların formalaşmasına xidmət edir:
"Xüsusilə, qida sənayesi və əczaçılıq sənayesində tədqiqatların aparılması, etalon laboratoriyaların fəaliyyəti, məhsulların inkişaf etdirilməsi üçün böyük perspektivlər açılır. Burada əsas məqamlardan biri də istehlak bazarında keyfiyyət göstəricilərinin yüksəldilməsidir. Bu həm daxili bazarda istehlakçılara daha keyfiyyətli məhsulların təqdim olunması, həm də beynəlxalq bazarlara çıxış baxımından xüsusi önəm daşıyır.
Mən bu prosesin davamlı xarakter almasını təqdirəlayiq hesab edirəm. Xatırladım ki, artıq dörd ay əvvəl yeni müqayisələr laboratoriyasının alınması ilə bağlı müqavilələrin imzalanması mərasimi keçirilmişdi və qısa müddətdə belə yüksək nəticələrin əldə olunması prosesin inklüzivliyini nümayiş etdirir".
Samir Əli
Seçilən
29
oxu.az

1Mənbələr