AZ

Avqust ayı üzrə inflyasiya göstəriciləri açıqlanıb

Bakı.Trend:

Bu ilin avqust ayında istehlak qiymətləri indeksi 2024-cü ilinavqust ayına nisbətən 104,9 faiz, o cümlədən qida məhsulları,alkoqollu içkilər və tütün məmulatları üzrə 106,6 faiz, qeyri-qidaməhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərüzrə 104,9 faiz təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumatverir.

Qeyd olunub ki, 2025-ci ilin avqust ayında istehlak qiymətləriindeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-avqust aylarındaisə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkiledib.

Bildirilib ki, qida məhsulları, alkoqollu içkilər və tütünməmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən100,3 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiqdövrünə nisbətən 106,6 faiz təşkil edib.

"Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qidaməhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, südün,yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, albalının,əriyin, qarpızın, ağ kələmin, göyərtinin, xiyarın, göy lobyanın,yerkökünün, sarımsağın, şokolad məmulatlarının, ucuzlaşma isəlimonun, almanın, armudun, yemişin, üzümün, gül kələminin,brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrəçuğundurunun, soğanın, kartofun qiymətlərində müşahidə olunmuşdur.Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər başverməyib.

2025-ci ilin avqust ayında qeyri-qida məhsulları üzrə istehlakqiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-avqustaylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiztəşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə qeyri-qidaməhsullarından bahalaşma şəxsi gigiyena və zərgərlikməmulatlarının, ucuzlaşma isə yay geyimlərinin qiymətlərindəmüşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddidəyişikliklər baş verməyib.

2025-ci ilin avqust ayında əhaliyə göstərilmiş ödənişlixidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən100,6 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiqdövrünə nisbətən 106,9 faiz təşkil edib.

Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmişödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvitəmizlənməsinin, beynəlxalq telefon danışıqlarının, hava nəqliyyatıilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, restoran və kafelərtərəfindən göstərilən iaşə xidmətlərinin qiymətlərində müşahidəolunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddidəyişikliklər baş verməyib", - məlumatda qeyd olunub.

Seçilən
79
20
az.trend.az

10Mənbələr