AZ

Ayrı-ayrı ştatların rəhbərləri və konqresmenləri ilə münasibətlərimizi inkişaf etdirməliyik - Deputat

Azərbaycan və ABŞ arasında münasibətlər təkcə federal səviyyədə deyil, həm də ştat rəhbərləri və konqresmenlərlə əlaqələr vasitəsilə strateji tərəfdaşlıq formatında inkişaf edir. Bu barədə Milli Məclisin deputatı çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, prezident prezident İlham Əliyev bu istiqamətdə mühüm göstəriş vermişdi və bu yanaşma hazırda da aktual olaraq qalır.

“ABŞ-ın yalnız mərkəzi siyasi qurumları ilə deyil, ayrı-ayrı ştatların rəhbərləri və konqresmenləri ilə münasibətlərimizi nəzərə almalı və inkişaf etdirməliyik. Bu, sadəcə təklifdir”, – deputat vurğulayıb.

O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə beynəlxalq müstəvidə əhəmiyyətli irəliləyişlər əldə edib və bu siyasətin davam etdirilməsi zəruridir.

Gülnar Nazimqızı 

Seçilən
28
anews.az

1Mənbələr