AZ

Polşa NATO müqaviləsinin 4-cü maddəsinin tətbiqini müzakirə edib

Polşanın hakimiyyət orqanları NATO Müqaviləsinin müttəfiqlərlə məsləhətləşmələrə aid 4-cü maddəsinin pilotsuz təyyarələrin ölkənin hava məkanına daxil olması ilə bağlı tətbiqini müzakirə edib.

Herbiand.az zəbər verir ki, bunu Polşa Prezidenti Karol Navroçki TVP İnfo tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

“Milli Təhlükəsizlik Şurasının iclasında biz Şimali Atlantika Müqaviləsi 4-cü maddəsinin tətbiqi imkanlarını müzakirə etdik”.

Navroçki müzakirələrin sonunda müvafiq qərarın qəbul edilib-edilmədiyini açıqlamayıb.

Seçilən
18
herbiand.az

1Mənbələr