AZ

Polşa Rusiya təyyarələrini MƏHV edir, prezident TƏCİLİ iclas çağırdı, NATO ayaqlandı - CANLI

Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub. Polşa Silahlı Qüvvələrinim Əməliyyat Komandanlığından bildirilib.

"Bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhlükə yaradan təcavüz aktıdır", - bəyanatda deyilir. O da bildirilib ki, təhlükə yaradan dronların zərərsizləşdirilməsi barədə qərar qəbul edilib, bəziləri vurulub.

Polşa Prezidenti Karol Navrotski ölkənin hava məkanının pozulması fonunda Silahlı Qüvvələrin rəhbərliyi ilə davamlı əlaqə saxladığını açıqlayıb. O, bu barədə özünün rəsmi X səhifəsində paylaşım edib.

“Mən Silahlı Qüvvələrin Əməliyyat Komandanlığında keçirilən brifinqlərdə iştirak etmişəm. Tezliklə Milli Təhlükəsizlik Bürosunda baş nazirin də iştirak edəcəyi brifinq keçirəcəyəm. Vətənimizin təhlükəsizliyi əsas prioritetimizdir və bu, sıx əməkdaşlıq tələb edir”, - Navrotski qeyd edib.

Qeyd edək ki, sentyabrın 10-da səhər Polşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan PUA-ların müəyyən olunaraq məhv edildiyini açıqlayıb.

ABŞ konqresmeni Co Vilson Rusiyanı Polşaya müharibə elan etməkdə ittiham edib və Rusiyaya zərbələr endirmək üçün Ukraynanı silahla təmin etməyə çağırıb.

Polşa Baş naziri Donald Tusk NATO-nun Baş katibi Mark Rutteyə gecə saatlarında ölkənin hava məkanını pozan bir neçə PUA-nın məhv edilməsi barədə məlumat verib.

TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Əli Mustafa ilə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
18
1
musavat.com

2Mənbələr