AZ

Rusiyanın neft-qaz gəlirləri AZALIB

Yazını böyüt
Yazını kiçilt

2025-ci ilin yanvar-avqust ayları ərzində Rusiya büdcəsinin neft və qaz gəlirləri 20,2% azalaraq 6,03 trilyon rubl (təqribən 124 milyard manat - red.) təşkil edib.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin saytında məlumat yayılıb.

Nazirlik buna əsas səbəb kimi neftin orta qiymətinin aşağı düşməsini göstərir:

"Buna baxmayaraq, neft və qaz gəlirləri baza səviyyəsini keçib, lakin qiymət konyukturasının zəifləməsi səbəbindən daha da azalma riskləri var".

Eyni dövrdə federal büdcənin qeyri-neft və qaz gəlirləri 14,3% artaraq 17,7 trilyon rubl (təqribən 364 milyard manat - red.) təşkil edib.

Seçilən
35
2
hafta.az

3Mənbələr