AZ

Polşada Rusiya PUA-ları vuruldu - NATO hərəkətləndi, ABŞ-dan Putinə ard-arda xəbərdarlıqlar olundu

Polşa hava məkanına Rusiya PUA-larınn daxil olması NATO qoşunların aktiv hala gətirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, müharibə başlayandan bəri ilk dəfə Polşanın hava hücumundan müdafiəsi ölkə sərhədlərii rus texnikasını vurub.

Polşa Silahlı Qüvvələrinin mlumatına gərə, Rusiya Ukraynaya hücumunda istifadə etdiyi dronlar ölkənin hava məkanına daxil olub: "Əməliyyat Komandanlığı bu obyektlərin aşkar edilərək zərərsizləşdirilməsi üçün birgə fəaliyyətə start verib. Onlar raket zərbələri ilə məhv ediliblər. Bu, NATO komandanlığı ilə birgə əlaqə çərçivəsində baş verib".

ABŞ-ın demokrat senatoru Dik Durbin bildirib ki, Rusiyanın NATO hava məkanını dəfələrlə pozması belə qənaət yaradır: "Vladimir Putin alyansın qətiyyətini sınaqdan keçirir!"

Respublikaçıların nümayəndəsi Joe Vilson isə Rusiyanın NATO müttəfiqi Polşaya hücum etdiyini deyib və bunu “müharibə elanı” adlandırıb: "ABŞ prezidenti Donald Tramp yaxın müddətdə təhlükəsizlik vədi verdiyi Polşaya soxulan Rusiyaya qarşı onun döyüş maşınını iflasa aparacaq sanksiyalar tətbiq etməlidir"

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
27
2
mia.az

3Mənbələr