AZ

III MDB Oyunlarında iştirak edəcək üzgüçülərimiz Gəncədə təlim-məşq toplanışına başlayıblar

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) Gəncədə təlim-məşq toplanışına start verib. Üzgüçülük üzrə milli komandanın üzvləri, həmçinin ölkəmizi III MDB Oyunlarında təmsil edəcək idmançılar Gəncə şəhərinə gəlmişlər.

Onlar sırasında 13-14 sentyabr 2025-ci il tarixlərində keçiriləcək "ASF Ganja Cup 2025" turnirinin iştirakçıları da var.

İdmançıları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, "Rövşən Oğuz Qrup" MMC-nin baş direktoru Hafiz Mustafayev, həmçinin şəhərin idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Şəhər rəhbəri üzgüçülərlə görüşərək, onlara yarışlarda uğurlar arzulayıb.

Xatırladaq ki, Gəncə şəhəri III MDB Oyunları zamanı üzgüçülük və bir sıra digər idman növləri üzrə yarışlara evsahibliyi edəcək. Mötəbər idman tədbirinin açılış və bağlanış mərasimləri müvafiq olaraq 28 sentyabr və 8 oktyabr tarixlərində Gəncə Şəhər Stadionunda baş tutacaq. Üzgüçülük yarışları isə 28 sentyabr - 2 oktyabr tarixləri arasında Gəncə İdman Sarayında keçiriləcək.

Sabir ƏLİYEV,

"Azərbaycan"

Seçilən
7
6
azerbaijan-news.az

7Mənbələr