AZ

Ukrayna XİN-in sabiq rəhbəri ölkədən qaçıb

Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba Prezident Volodimir Zelenskinin keçmiş diplomatik işçilərin ölkədən çıxışını qadağan edən fərmanına görə ölkədən qaçıb.

 

Bu barədə "Corriere della Sera" nəşrinə müsahibəsində diplomat özü bildirib.

 

"Heç vaxt düşünməmişdim ki, ölkəmdən gecə oğru kimi qaçmalı olacağam. Onlar mənlə prinsip apardılar, çünki mən Zelenskinin antikorrupsiya orqanlarının işinə senzura qoymaq niyyətini açıq şəkildə pislədim", - Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) keçmiş rəhbəri deyib.

 

Kuleba ölkədən uçuşunu Zelenskinin səyahəti qadağan edən fərmanının qüvvəyə minməsindən bir neçə saat əvvəl edib. Sabiq nazirin sözlərinə görə, Avropa və ABŞ universitetlərində dərs dediyinə görə ölkədən çıxış qadağası onun üçün ciddi təhlükədir.

Seçilən
19
1
senzor.az

7Mənbələr