Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba ölkəni tərk edib.
Bakupost.az xəbər verir ki, o, bu addımı prezident Volodimir Zelenskinin Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) fəaliyyətinə senzura tətbiq etmək niyyətini açıq şəkildə tənqid etdikdən sonra atdığını bildirib.
Kulebanın sözlərinə görə, yeni fərman sabiq diplomatların ölkədən çıxışına qadağa qoyurdu və o, bu qərarın qüvvəyə minməsindən cəmi bir neçə saat əvvəl qaçmağa nail olub:
“Heç vaxt düşünməzdim ki, gecə vaxtı oğru kimi öz ölkəmdən qaçmalı olacağam. Mənim üzərimə qəzəblərini tökdülər, çünki Zelenskinin antikorrupsiya qurumlarını susdurmaq niyyətini açıq şəkildə pislədim”, – deyə Kuleba bildirib.
Sabiq nazir hazırda Polşaya keçdiyini təsdiqləyib və onu ölkədən çıxmağa məcbur edən siyasi təzyiqləri kəskin şəkildə qınayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.