AZ

DÇ-2026: Azərbaycan - Ukrayna oyununda hesab açılıb - CANLI  - YENİLƏNİB

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda hesab açılıb.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 51-ci dəqiqəsində rəqibin heyətində Georgi Sudakov fərqlənib.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.

21:05

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda ikinci hissə başlayıb.

Moderator.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qolsuz bərabərlik davam edir.

Qarşılaşmanı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda ilk hissə başa çatıb.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə komandalar fasiləsinə qolsuz heç-heçə ilə yollanıblar.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.

20:00

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başlayıb.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:00-da start götürüb.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.

 

Seçilən
41
5
moderator.az

10Mənbələr