İsrailin Qətərin paytaxtına endirdiyi zərbə nəticəsində HƏMAS hərəkatının lideri Xəlil əl-Həyyə də daxil olmaqla azı 5 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə “Al Arabi” telekanalı məlumat yayıb.
"İsrailin Dohaya endirdiyi zərbə nəticəsində Qəzza zolağında fəaliyyət göstərən HƏMAS hərəkatının lideri Xəlil əl-Həyyə və onun ofisinin rəhbəri də daxil olmaqla 5 nəfər həlak olub", - telekanalın mənbəsi bildirib.