Vaşinqton, 9 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının 80-ci sessiyası öz işinə başlayıb. AZƏRTAC-ın məlumatına görə, sessiya “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunub. Sesiyanın prezidenti Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokdur. Yüksəksəviyyəli debatlar sentyabrın 23-ü başlayacaq.
Qeyd edək ki, bu gün 79-cu sessiya rəsmi olaraq fəaliyyətini başa vurub. Əsas qətnamələrin qəbulu da daxil olmaqla, sessiyanın əsas işi sentyabrın 5-də yekunlaşıb. Sessiya 2024-cü ilin sentyabrından başlayaraq bir il müddətinə fəaliyyət göstərib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton