AZ

BMT Baş Assambleyasının 80-ci sessiyası öz işinə başladı

BMT Baş Assambleyasının 80-ci sessiyası öz işinə başlayıb.

Publika.az xəbər verir ki, sessiya “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunub. Sessiyanın prezidenti Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokdur. Yüksəksəviyyəli debatlar sentyabrın 23-ü başlayacaq.

Qeyd edək ki, bu gün 79-cu sessiya rəsmi olaraq fəaliyyətini başa vurub. Əsas qətnamələrin qəbulu da daxil olmaqla, sessiyanın əsas işi sentyabrın 5-də yekunlaşıb. Sessiya 2024-cü ilin sentyabrından başlayaraq bir il müddətinə fəaliyyət göstərib.

Seçilən
67
2
publika.az

3Mənbələr